Ana Sayfa > Karusel / Gündəm > Alimpaşa Məmmədov parkın ərazisini 1,3 milyona satıbmış
Alimpaşa Məmmədov parkın ərazisini 1,3 milyona satıbmış28-04-2021, 17:24. Yazar: Admin |
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun adı hallanan korrupsiya əməllərindən biri məlum olub. Qarabaginfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb. Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, bu yer üçün Alimpaşa Məmmədova bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə hürdürmərtəbəli binanın tikintisi aparılır, tikinti yekunlaşdırılmayıb. Bundan başqa, A.Məmmədovun büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsədiyi bildirilir. Geri dön |