Ana Sayfa > Karusel / Gündəm > Yoluxma yenidən artdı- 32 nəfər vəfat edib

Yoluxma yenidən artdı- 32 nəfər vəfat edib


28-04-2021, 17:08. Yazar: Admin



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1402 yeni yoluxma faktı qeydə alınıb, 2 238 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 11194, hazırkı dövrədək isə 3218111 test aparılıb.

İndiyədək ümumilikdə 316 521 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib, aktiv xəstə sayı 27 036 nəfərdir.

 


Geri dön