Ana Sayfa > Karusel / Multimedia > Azərbaycanda "Zoom"un analoqu yaradılıb

Azərbaycanda "Zoom"un analoqu yaradılıb


27-04-2021, 17:43. Yazar: Admin

Azərbaycanda "Zoom"un analoqu yaradılıb

Azərbaycanda yaxın vaxtlarda "Zoom" video-konfrans xidmətinin analoqunu istifadəyə veriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə  APA-ya "Sinam" şirkətindən bildirilib.

Qeyd olunub ki, yaxın gələcəkdə istifadəyə veriləcək sözügedən "bulud" platforması onlayn görüşlər və konfranslar keçirmək üçün etibarlı əlaqə qurmağa imkan yaradacaq. Həllin funksionalı onu məsafədən təhsil üçün də istifadə etməyə imkan verir.

"Yaxın gələcəkdə xidmət kütləvi istifadəyə veriləcək", - deyə şirkətdən bildirilib.

 


Geri dön