Ana Sayfa > Karusel / Multimedia > Xəzər dənizinin nərə balığı ehtiyatı açıqlanıb
Xəzər dənizinin nərə balığı ehtiyatı açıqlanıb27-04-2021, 17:34. Yazar: Admin |
“Hazırda Xəzər dənizi hövzəsində nərə balıqlarının vəziyyəti stabil və aşağıdır”. Qarabaginfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov “Ekspert saatı”nda çıxışı zamanı deyib. O qeyd edib ki, bu tendensiya Xəzər dənizinin bütün akvatoriyalarında özünü büruzə verir: “90-cı illərin sonunda Xəzəryanı ölkələrdə ümumən 30 min ton balıq (2 min ton kürü çıxarıldı) ovlanırdısa, bu rəqəm 2005-ci ildən sonra 1000 ton civarında olub. Sovetlər dağılandan sonra Xəzər dənizində daha çox qeyri-qanuni balıq ovu dövrü idi. 2011-ci ildən isə nərə balıqlarının ovu ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edildi”. Nazirlik rəsmisi bildirib ki, hazırda Xəzər dənizi hövzələrində nərə balığının artırılması üçün Xəzəryanı ölkələrdə balıqartırma zavodları fəaliyyət göstərir: “Əgər bu fəaliyyət olmasaydı, biz indi Xəzər dənizində nərə balıqlarının populyasiyasını təmin edə bilməzdik. Populyasiyanın demək olar ki, 99%-i məhz nərə balıqartırma zavodunun fəaliyyəti ilə mümkün olur. Su-elektrik bəndlərinin tikilməsi kürü tökmə prosesinə də mənfi təsir göstərir. Qızıl balıqlar da bu zavodların fəaliyyəti nəticəsində əldə olunur. Xəzər dənizində 2 növ - Kür və ağ qızıl balığı növü var”. (Report) Geri dön |