Ana Sayfa > Karusel / Cəmiyyət > “Yüksəliş” müsabiqəsində kütləvi zəhərlənməyə görə xalq artistinin qızına cinayət işi açılıb
“Yüksəliş” müsabiqəsində kütləvi zəhərlənməyə görə xalq artistinin qızına cinayət işi açılıb27-04-2021, 17:25. Yazar: Admin |
Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıqovun qızı barəsində cinayət işi başlanılıb. Qarabaginfo.az xəbər verir ki, xalq artistinin qızı Tamilla Sadıqova səhlənkarlıqda ittiham olunur. -Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də “Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib. Qida qəbulundan sonra isə texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub. Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. Faktla bağlı araşdırma aparılıb.
Cinayət işi hakim Aygün Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 28-ə təyin edilib. İş üzrə “Yüksəliş” İB və 70 zərərçəkən var. APA Geri dön |