Ana Sayfa > Karusel / Səhiyyə > Peyvənd olunan jurnalistlərin sayı açıqlandı

Peyvənd olunan jurnalistlərin sayı açıqlandı


26-04-2021, 17:34. Yazar: Admin
Peyvənd olunan jurnalistlərin sayı açıqlandı

Bu gün 80-ə yaxın jurnalist vaksinasiya olunub.

Qarabaginfo.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ümumilikdə 300-ə yaxın jurnalist vaksinasiya edilib:

“Vaksinasiya prosesi həftə boyunca davam edəcək. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 600-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”. (Trend)


Geri dön