Ana Sayfa > Karusel / Gündəm > Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi ilə bağlı ABŞ-da aksiyalar keçirilib

Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi ilə bağlı ABŞ-da aksiyalar keçirilib


26-04-2021, 17:34. Yazar: Admin

 

Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi ilə bağlı ABŞ-da aksiyalar keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Əsmər Hüseynovanın təşkilatçılığı ilə Vaşinqton, Los-Anceles və Boston şəhərlərində Ermənistanın mina xəritələrini verməkdən imtinasına diqqəti cəlb edən məlumatlandırıcı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qarabaginfo.az-a bildirilib ki, üzərində "Minalanmış torpaqlarımızın xəritəsini istəyirik!", "İnsan ölümlərinə son qoyulsun!", "Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir!", "Ermənistan, müharibə cinayətlərini dayandır!", "Uşaqlar mina qurbanı olmasın!" kimi şüarlar və fotolar yerləşdirilmiş led ekranlı yük avtomobilləri ABŞ şəhərlərinin mərkəzi küçələrində hərəkət edib.

Vaşinqtondakı aksiya Ag ev binasinin qarşısını, Stanton Parkı, Lafayette meydanını, City Center Plazanı, Farragut meydanını CityCenter DC, Linkoln parkı və digər ətraf əraziləri, Los-Anceles şəhərindəki aksiya LA-Rodeo Drive, Sunset Bulvarı, Mulholland Drive, Hollywood Bulvarı, Melrose prospektini, Boston şəhərindəki aksiya Allstone Village-in əsas kuçələrini, Boudoin Geneva kuçəsini, Brighton ərazisini, JP Centre, Mission Hill ve insanların ən sıx toplasdığı digər məkanları əhatə edib.


Geri dön