Ana Sayfa > Karusel / Gündəm > Ermənistan-İran gömrüyü bağlandı

Ermənistan-İran gömrüyü bağlandı


26-04-2021, 17:23. Yazar: Admin

Ermənistanla İran arasında fəaliyyət göstərən Meğri gömrüyü bağlanıb.

 

Qarabaginfo.az xəbər verir ki, məlumatı “news.am” yayıb.

 

Bildirilib ki, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.

 

Məlumata görə, nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın (KİV-də “Nakolka Şuşo” ləğəbi ilə tanınır) əmri ilə bağlanıb.

 

Göstərişin verilməsinin səbəbi məlum deyil. Komitə də hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.


Geri dön