Ana Sayfa > Karusel / Gündəm > Zelenski Putinin görüş təklifini qəbul etdi

Zelenski Putinin görüş təklifini qəbul etdi


26-04-2021, 15:51. Yazar: Admin

 

Zelenski Putinin görüş təklifini qəbul etdi

 

Ukrayna Prezidenti Vladimir Zelenski administrasiyasının rəhbəri Andriy Yermaka üz-üzə görüş təşkil etmək üçün Rusiya Prezidenti Vladimir Putinin administrasiyası ilə əlaqə yaratmağı tapşırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib.

Ukrayna lideri bildirib ki, Yermak Rusiya tərəfi ilə qarşılıqlı anlaşma tapmalı və qarşıdakı danışıqların vaxtını, yerini və təfərrüatlarını müəyyənləşdirməlidir.

“Mənə elə gəlir ki, hər şey görüşə doğru gedir”,- deyə Zelenski qeyd edib.

Bundan əlavə, V. Zelenski V. Putinlə Ukraynadakı rusların vəziyyəti və pravoslav kilsələrinin statusu məsələsini də müzakirə etməyə hazır olduğunu vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “TASS” agentliyinə açıqlamasında isə Kremlin qarşıdakı görüşün təfərrüatları barədə hələ ki, məlumatının olmadığını açıqlayıb.

Xatırladaq ki, 20 apreldə Zelenski Putinə müraciət edərək müharibənin getdiyi Donbassın istənilən yerində görüşmək təklifi etmişdi.

Cavabında Putin Zelenskini ikitərəfli münasibətləri istənilən vaxt müzakirə etmək üçün Moskvada qəbul etməyə hazır olduğunu bildirmişdi. Rusiya lideri qeyd etmişdi ki, Kiyev qondarma Donetsk və Luqansk Xalq Respublikaları (DPR və LPR) nümayəndələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmalıdır.


Geri dön