Ana Sayfa > Karusel / Gündəm / Qarabağ > Qarabağın 90.8 hektar ərazisi minalardan təmizləndi

Qarabağın 90.8 hektar ərazisi minalardan təmizləndi


26-04-2021, 15:18. Yazar: Admin

Qarabağın bu qədər ərazisi minalardan təmizləndi

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Qarabaginfo.az-a verilən xəbərə görə, aprelin 19-dan 24-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 82 piyada əleyhinə mina, 18 tank əleyhinə mina və 79 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 90.8 hektar ərazi mina və PHS-lardan təmizlənib. 


Geri dön