Ana Sayfa > Karusel / Region > Soyqırımı törədilibsə, niyə ermənilərə məxsus kütləvi məzarlıq tapılmayıb?” - Şamil Ayrım
Soyqırımı törədilibsə, niyə ermənilərə məxsus kütləvi məzarlıq tapılmayıb?” - Şamil Ayrım26-04-2021, 12:54. Yazar: Admin |
“ABŞ prezidenti Co Bayden 1915-ci ildə Anadoludakı hadisələri “erməni soyqırımı” kimi qəbul etdi. 40 il əvvəl prezident Reyqan 1981-ci ildəki hadisələri təsvir etmək üçün eyni ifadəni istifadə etmişdi. Bayden bu açıqlamanı erməni lobbisini və seçki kampaniyasına maddi dəstək verən erməni seçiciləri razı salmaq üçün etdi. Bu ifadənin tarixi, hüquqi və ya siyasi əsası yoxdur”. Qarabaginfo.az xəbər verir ki, bu sözləri Modern.az-a Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım deyib. O qeyd edib ki, tarixi siyasi repressiya kimi istifadə etmək üçün yenidən yazmaq cəhdləri qəbuledilməzdir: “Tarixi lobbi qruplarının fəaliyyətindən təsirlənən siyasətçilər deyil, həqiqəti axtaran tarixçilər yazmalıdır. 1915-ci il hadisələri siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən öyrənilməlidir. Özünü o dövrdəki hadisələrin məzlum bir ölkəsi kimi göstərməyə çalışan Ermənistan tarixin ortaq bir komissiya tərəfindən nəzərdən keçirilməsini qəbul etmədi. Prezidentimizin 15 aprel 2005-ci il tarixdə Ermənistanın o zamankı prezidenti Robert Koçaryana göndərdiydi məktub hələ də cavab gözləyir. Tarixi yenidən yazmaq cəhdləri və siyasi repressiya üçün istifadəsi qəbuledilməzdir”. Deputat vurğulayıb ki, Birinci Dünya Müharibəsinin dağıdıcı və travmatik şərtləri altında qəbul edilmiş 24 aprel 1915-ci il tarixli deportasiya qərarı ermənilərin məhv edilməsinə yönəlmiş bir siyasətin məhsulu deyildi:
Bundan əlavə, 1918-ci ildə indi Ermənistan adlanan dövlətin ərazisində yaşayan 600 000-dən çox Azərbaycan türkü Azərbaycana sürgün edildi, onlardan 50 000-i inanılmaz işgəncələrlə öldürüldü. Yenidən ən yeni tariximizdə, 1992-ci ildə Azərbaycanın işğal altında olan Qarabağ ərazisindəki Xocalı şəhərində baş verən soyqırımında 700-dən çox Azərbaycan türkü vəhşicəsinə qətlə yetirildi. Bu ikili standart və 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımaq və təqdim etmək səyləri normallaşmanın baş verdiyi bir dövrdə bədxahlığın göstəricisi olacaqdır”. Geri dön |