Ana Sayfa > Karusel / Siyasət > Bu gün Türkiyə parlamentində Ermənistanın müharibə cinayətləri müzakirə olunacaq
Bu gün Türkiyə parlamentində Ermənistanın müharibə cinayətləri müzakirə olunacaq26-04-2021, 09:49. Yazar: Admin |
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun iştirakı ilə bu gün Türkiyə parlamentində "İkinci Qarabağ müharibəsi və Ermənistanın Hərbi Cinayətlər Paneli", "Hərbi Cinayətlər Fotoşəkil Sərgisi" keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, tədbirdə 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı haqsız ittihamlar və iddialar, "İkinci Qarabağ müharibəsindəki müharibə cinayətləri", insan hüquqlarının pozulması siyasi, hüquqi, elmi, akademik baxımdan dünyaya çatdırılması üçün ictimailəşdiriləcək. Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 14:00-da təşkil ediləcək proqram TBMM İnsan Haqları Araşdırma Komissiyası tərəfindən hazırlanıb. Geri dön |