Ana Sayfa > Karusel / Region > “Türk PUA-ları Qarabağda rus silahını məhv etdi“ - Ukraynalı analitik
“Türk PUA-ları Qarabağda rus silahını məhv etdi“ - Ukraynalı analitik24-04-2021, 13:59. Yazar: Admin |
“S-400”-ləri öyrənməklə türk PUA-ları Qarabağda rus silahını məhv edib”. Qarabaginfo.az xəbər verir ki, bunu ukraynalı hərbi analitik, Ordu, Konversiya və Silahsızlaşdırma Tədqiqatları Mərkəzinin direktor müavini Mixail Samus bildirib. Onun sözlərinə görə, Ukraynanın Türkiyədən “Bayraktar TV2” pilotsuz təyyarələri alması Rusiyanın iki ölkənin yaxınlaşmasının qarşısını ala bilməyəcəyini sübut edib. “Türkiyə son zamanlarda Kiyev üçün əsas hərbi-texniki tərəfdaş olub, bu hər iki ölkə üçün faydalıdır və eyni zamanda, Ukraynanı Rusiya təcavüzünə müqaviməti baxımından gücləndirir”. Mixail Samus Türkiyənin Ukraynanın Krımla bağlı mövqeyini dəstəklədiyini xatırladıb. Bundan əlavə, Türkiyə Ukrayna donanması üçün dörd hərbi gəmi istehsalına başlayıb. Analitik qeyd edib: “Rusiya bu əməkdaşlığa müdaxilə edə bilməz. Artıq Moskva iki ölkə arasında uçuşları qadağan edərək ilk addımı atıb. Ancaq bundan daha çox, heç bir şey ola bilməz, çünki əslində, Rusiyanın ordu xaricində Türkiyəyəə ciddi bir təsiri yoxdur”. Sözünün davamında Mixail Samus bildirib: “Rusiya Qərb ölkələri vasitəsi ilə Türkiyəyə təsir edə bilməz, çünki onlardan çox asılıdır. Moskva Ankaraya hər hansı bir şəkildə zərər vermək istəsəydi, bunu çoxdan etmiş olardı. Rusiya “S-400” hava hücumundan müdafiə sistemlərini Türkiyəyə satmaqdan imtina edə bilər, lakin Ankara bu texnologiyaları öyrənərək Rusiyaya daha güclü müqavimət göstərmək üçün satın alıb. Bu bir təsadüfdür, ya yox, amma Dağlıq Qarabağ münaqişəsi zamanı Türkiyə “Bayraktar”ları Rusiyanın zenit sistemlərini faktiki olaraq məhv ediblər”. Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib ki, Ankara “Bayraktar” pilotsuz təyyarələrini Ukraynaya satmağa davam edərsə, Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığa yenidən nəzərdən keçiriləcək. (Yenisabah.az) Geri dön |