Ana Sayfa > Karusel / Gündəm > Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

Bakıda növbəti dezinfeksiya işləri aparılacaq


23-04-2021, 12:08. Yazar: Admin

 

Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

 

Aprelin 24-ü səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Qarabaginfo.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

 

 


Geri dön