Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda vəzifəli şəxslər adam ÖLDÜRDÜLƏR
Azərbaycanda vəzifəli şəxslər adam ÖLDÜRDÜLƏR23-04-2021, 10:54. Yazar: Admin |
18 aprel 2021-ci ildə Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı məlumat Cəlilabad rayon Polis Şöbəsinə daxil olub.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Qarabaginfo.az-a daxil olan birgə məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib. İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Hazırda cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri və intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Geri dön |