Ana Sayfa > Karusel / Qarabağ > General Rüstəm Muradov Qarabağdakı xidmətlərinə görə Kremldən təzə orden aldı?..

General Rüstəm Muradov Qarabağdakı xidmətlərinə görə Kremldən təzə orden aldı?..


22-04-2021, 14:39. Yazar: Admin
General Rüstəm Muradov Qarabağdakı xidmətlərinə görə Kremldən təzə orden aldı?..
Artıq  6-cı aydır  - 2020-ci  il noyabrın 10-dan Azərbaycanın keçmiş  Dağlıq Qarabağ və Laçın dəhlizi ərazisində müşahidə aparan Rusiya Ordusunun sülhməramlı missiyanın komandanı olan general-leytenant Rüstəm Muradovun yeni bir ordenlə mükafatlandırılması haqda informasiya yayılıb.
 
Qarabaginfo.az xəbər verir ki,  bəzi erməni nəşrlərini yazdığına görə, bir neçə gündür Moskvada olan R.Muradov dünən  - aprelin 21-də  “Vətən qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.
 
“Görünür, Rusiya hakimiyyəti onun Qarabağdakı xidmətindən razı qalıb və Muradovu işinə görə qiymətləndirməyə qərar verib” – xəbərdə belə deyilir.
 
Xatırladaq ki, Rusiyanın Federasiyaslı Qəhrəmanı olan R.Muradov bundan öncə 6  orden və 3 medal alıb...
 
P.S....
Moderator.az

Geri dön