Ana Sayfa > Karusel / Gündəm > Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var


22-04-2021, 11:39. Yazar: Admin

 

Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, rayonun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C. Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L 200” markalı avtomobili aşırıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb, xəsarət alan 5 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim


Geri dön