Ana Sayfa > Karusel / Gündəm > Laçındakı Həkəri körpüsü erməni  şirkəti tərəfindən təmir edilir…-FOTOLAR

Laçındakı Həkəri körpüsü erməni  şirkəti tərəfindən təmir edilir…-FOTOLAR


21-04-2021, 15:53. Yazar: Admin
Laçındakı Həkəri körpüsü erməni  şirkəti tərəfindən təmir edilir…-FOTOLAR
Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Həkəri çayı üzərindən keçən körpünün təmiri Qarabağdakı separatçı-terrorçu erməni rejiminin şirkəti tərəfindən aparılır.
Qarabaginfo.az Moderator.az-a istinadən xəbər  verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. 
 
Məlumata görə, “ATM Stroy” şirkəti Rusiya hərbçilərinin nəzarətində olan dəhliz ərazisində yerləşən  körpünün təmirini may-iyun aylarında başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, həmin vaxt ermənilər üçün böyük hərbi strateji əhəmiyyət kəsb edən Həkəri körpüsünün 44 günlük savaşın ilk günlərində - 2020-ci il oktyabrın 2-də Azərbaycan ordusu tərəfindən raketlə vurulması haqda məlumat yayılmışdı.

Geri dön