Qarabadağkı 44 günlük müharibə müddətində məhv edilmiş erməni hərbçilərin sayı artmaqdadır.
Qarabaginfo.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu gün Hadrut istiqamətində daha 2 erməni hərbi qulluqçusunun cəsədi tapılıb.
Erməni tərəfinin açıqladığı rəsmi rəqəmlərə görə, bununla da atəşkəs razılaşmasından sonra tapılan və ya Azərbaycan tərəfinin təhvil verdiyi erməni cəsədlərinin ümumi sayı 1546-ya çatıb.
Real faktlar isə itkilərin açıqlanandan qat-qat çox olduğunu təsdiqləyir.