Ana Sayfa > Karusel / Gündəm > Səməd Seyidov AŞPA-nı sülh prosesinə zərər vurmaqda ittiham edib

Səməd Seyidov AŞPA-nı sülh prosesinə zərər vurmaqda ittiham edib


19-04-2021, 14:51. Yazar: Admin

 

Səməd Seyidov AŞPA-nı sülh prosesinə zərər vurmaqda ittiham edib

"AŞPA-da Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına zərər vurmağa çalışanlar var".

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün öz işinə başlayan yaz sessiyasında çıxışı zamanı bildirib.

"Biz AŞPA səviyyəsində ölkələrlə dialoq qurmalıyıq. Yəni ölkələrdən yox, ölkələrlə danışmalıyıq. AŞPA-da bəzi mövzuları müzakirə etməklə səhv yola istiqamət vermək cəhdləri var. Erməni "hərbi əsirlər"lə bağlı məsələni, bu mövzunun detallarını bilmədən AŞPA-da müzakirəyə çıxarmaq cəhdi yalnız iki ölkə arasındakı sülh prosesinə zərər gətirə bilər".


Geri dön