Ana Sayfa > Karusel / Gündəm > Şəhid hərbçimiz dəfn olundu - FOTO

Şəhid hərbçimiz dəfn olundu - FOTO


19-04-2021, 14:15. Yazar: Admin

Azərbaycan Ordusunun Vətən müharibəsində ağır yaralanaraq 6 aydır koma vəziyyətində qalan və bu gün şəhidn olan hərbi qulluqçusu Nurlan Fərrux oğlu Əbilovun cənazəsi doğulduğu Masallı rayonunun Ağakişibəyli kəndinə gətirilib.

 

Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

 

O, doğulduğu Ağakişibəyli kəndində torpağa tapşırılıb.

 

Qeyd edək ki, 1994-cü il avqustun 4-də Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

 

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!


Geri dön