Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Şagirdlərlə bağlı problemə görə direktor barədə ölçü götürüləcək

Şagirdlərlə bağlı problemə görə direktor barədə ölçü götürüləcək


19-04-2021, 12:31. Yazar: Admin

Şagirdlərlə bağlı problemə görə direktor barədə ölçü götürüləcək

 

Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdinin texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problem şagirdlərin xeyrinə müsbət həllini tapıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qarabaginfo.az-a məlumat verilib. Bildirilib ki, bununla bağlı valideynlərə məlumat verilib. Onların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub.

Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər.

Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək.

 

 


Geri dön