Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanda bir gündə COVID-19-a 2 144 nəfər yoluxub, 1 923 nəfər sağalıb, 33 nəfər vəfat edib
Azərbaycanda bir gündə COVID-19-a 2 144 nəfər yoluxub, 1 923 nəfər sağalıb, 33 nəfər vəfat edib18-04-2021, 18:43. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 144 yeni yoluxma faktı qeydə alınıb, 1 923 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 300 666 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 264 403 nəfər müalicə olunaraq sağalıb, 4 140 nəfər vəfat edib, 32 123 aktiv xəstə sayı nəfərdir. Ölkədə son sutka ərzində 12 184, hazırkı dövrədək isə 3 108 924 test aparılıb. Geri dön |