Ana Sayfa > Karusel / Qarabağ > Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradacaq...-FOTOLAR

Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradacaq...-FOTOLAR


18-04-2021, 10:39. Yazar: Admin
Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradacaq...-FOTOLAR
“Dağlıq Qarabağ polisi bütün yollarda yeni nəzarət məntəqələri yaradacaq”. 
 
Qarabaginfo.az xəbər verir ki,  “Sputnik Armeniya”nın yazdığına görə, bu barədə şənbə günü Azərbaycan torpaqlarında Rusiya hərbçilərinin qucağında oturmuş separatçı-terrorçu tör-töküntülərinin qanunsuz   “polis”inin mətbuat xidməti “Facebook”-da məlumat yayıb.
Qeyd olunur ki, aprelin 16-da qondarma “Qarabağ “polis”inin rəisi polkovnik Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndində-Şuşakənd nəzarət-keçid məntəqəsində olub.
 
Məlumata görə, Qarabağda Azərbaycan tərəfinin baxış bucağında olan ərazilərinin monitorinqinin gücləndirilməsi planlaşdırılır.
Bundan əvvəl, separatçı-terrorçu xuntanın “daxili işlər naziri” sayılan Karen Sarkisyanın əmri ilə Şuşakənd(“Şoş”) – Dağyurd(“Saruşen”) - Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib. (Moderator.az)

Geri dön