Ana Sayfa > Karusel / Region > Araikə niyə cinayət işi açıldı? - Paşinyanın məqsədi və Rusiya amili...
Araikə niyə cinayət işi açıldı? - Paşinyanın məqsədi və Rusiya amili...18-04-2021, 10:33. Yazar: Admin |
"Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni separatçılarının lideri Araik Arutyunyana Ermənistanda 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi qaldırılır. Bu cinayət işi Ermənistan Baş naziri Nikol Paşinyanın Araik Arutyunyana qarşı siyasi təqibidir və bunun əsaslı səbəbləri var". Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, görünür, cari lin fevarlın 25-də Paşinaya qarşı çevriliş cəhdində Araik Arutyunyanın da iştirakı olub: "Həmçinin, məqsəd hazırda Azərbaycanla əlaqələrin qurulmasında əsas maneə olan Araik Arutyunyanı sıradan çıxarmaqdır. Artıq bu gün Ermənistan prezidenti Armen Sarkisyan da Azərbaycanla iqtisadi əlaqələrin mümkünlüyünü qeyd edib. Bu, sıradan bir açıqlama deyil və görünür yüksək səviyyədə Azərbaycanla normallaşdırma prosesinə getmək üçün bəyanatlar verilir. Ona görə də ilk növbədə revanşistlər zərərləşdirilməlidir". "Araik Arutyunyan hazırda Qarabağda Rusiyanın nəzarətində Azərbaycanla əlaqələrə zərbə vuran və separatizmi tətikləyən əsas fiqurdu. Həmçinin, birbaşa Paşinyana qarşı Rusiyanın əlində olan əsas alternativdi. Müəyyən bir böhranlı şəraitdə Araik öz qanunsuz silahlı dəstələri ilə Laçın dəhlizindən keçib Ermənistanda Rusiyanın yardımı ilə Paşinyanı devirə bilər. Ona görə də Araik Arutyunyan həm Paşinyan üçün bir təhlükə mənbəyi olaraq qalır, həm də Azərbaycanla Emənistan arasında əsas problem yaradan şəxsdi. Paşinyan onun siyasi səhnədən uzaqlaşdırılması üçün çalışacaq. Rusiya isə çalışacaq ki, Araik Arutyunyan Robert Koçaryanın taleyini yaşamasın. Rusiyanın onu qoruması çətin görünür..", - deyə politoloq qeyd edib. (Yenisabah.az) Geri dön |