Ana Sayfa > Karusel / Cəmiyyət > Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı


17-04-2021, 17:14. Yazar: Admin

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 711 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 693 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 325 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 879 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 678 təşkil edir.


Geri dön