Ana Sayfa > Karusel / Siyasət > ABŞ-ın türk və Azərbaycan icmalarının nümayəndələri Baydenə müraciət edib
ABŞ-ın türk və Azərbaycan icmalarının nümayəndələri Baydenə müraciət edib17-04-2021, 13:55. Yazar: Admin |
ABŞ-da fəaliyyət göstərən Türk qeyri-hökumət təşkilatları 24 aprel tarixində ermənilərin qondarma soyqırımı iddialarını dilə gətirməməsi üçün Prezident Co Baydenə müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türk-Amerika Rəhbər Komitəsi məlumat yayıb.
Komitə tərəfindən Baydenə göndərilən məktubda deyilir ki, ABŞ Prezidentinin 24 aprel tarixli bəyanatında Osmanlı-erməni faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməməlidir.
Məktubda Türk-Amerika Rəhbər Komitəsinin ABŞ-dakı Türk, Azərbaycan və türkdilli icmalardan olan bir milyondan çox insanı təmsil etdiyi vurğulanıb və Baydenin ölkədəki mövcud ayrıseçkiliyi aradan qaldırmaq missiyasını dəstəklədikləri qeyd edilib.
1885-1919 illər arasında baş verən erməni qiyamları və onlara Osmanlı tərəfindən verilən cavab nəticəsində faciəvi şəkildə insan itkisindən dərin kədr hissi duyulduğunun vurğulandığı məktubda bildirilir ki, soyqırımı iddiaları deyil, kompromis irəli getmək üçün ən ədalətli yoldur.
Məktubda BMT-nin Cenevrə Konvensiyasına və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına görə, erməni hadisəsinin soyqırımı kimi qəbul edilmədiyi də xatırladılıb. (Moderator.az )
Geri dön |