Ana Sayfa > Karusel / Gündəm > “Bu il şəhid ailələri və müharibə əlilləri üçün 450 fərdi ev tikiləcək”
“Bu il şəhid ailələri və müharibə əlilləri üçün 450 fərdi ev tikiləcək”16-04-2021, 15:07. Yazar: Admin |
“3 min Vətən müharibəsi şəhidlərinin ailə üzvü və müharibə əlili bu il ərzində evlə təmin olunacaq. Artıq bu prosesə başlanılıb, bir neçə nəfərə yaşayış kompleksindən mənzil verilib və fərdi evlərin tikintisinə başlanılıb”. Qarabaginfo.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib. Sədr qeyd edib ki, əvvəlki illərlə müqayisədə onlar daha çox şəxs fərdi ev və mənzillərlə təmin olunacaq: “Cari ilin yanvarın 25-də dövlət başçısı yerli icra hakimiyyətlərində növbəyə dayanmış müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam imzaladı. Sərəncamın ikinci bəndində Vətən müharibəsi zamanı şəhid olan şəxslərin ailə üzvlərinin və əlilliyi olan şəxslərin mənzil təminatı ilə bağlı müvafiq tapşırıq var. 11 min nəfərin fərdi ev və mənzillərlə təminatı nəzərdə tutulub. Həmçinin keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib”. V. Behbudov əlavə edib ki, bu il üçün həmin kateqoriyadan olan şəxslər üçün 450 fərdi evin tikintisi nəzərdə tutulub. Artıq torpaq sahələri ayrılıb və qısa müddətdə evlər inşa edilərək təhvil veriləcək. Geri dön |