Ana Sayfa > Karusel / Gündəm > YAP: Cəmil Həsənliyə görə istefa verdiyini deyən şəxs partiyadan 2020-ci ildə xaric edilib

YAP: Cəmil Həsənliyə görə istefa verdiyini deyən şəxs partiyadan 2020-ci ildə xaric edilib


15-04-2021, 13:38. Yazar: Admin

 

YAP: Cəmil Həsənliyə görə istefa verdiyini deyən şəxs partiyadan 2020-ci ildə xaric edilib

Son günlər sosial şəbəkələrdə özünü Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi təqdim edən Xəlilov Elvar Mirzəələkbər oğlunun Cəmil Həsənliyə görə partiyadan istefa verməsi barədə spekulyativ məlumatlar yayılmaqdadır.

YAP-ın Mətbuat xidmətindən verilən məlumata görə, E. Xəlilov uzun müddət partiya ilə əlaqə saxlamadığı, ərazi ilk partiya təşkilatının işində iştirak etmədiyi üçün YAP Səbail rayon təşkilatı İdarə Heyətinin 22.09.2020-ci il tarixli qərarı ilə partiya sıralarından xaric olunub.

YAP-ın Mətbuat xidməti sosial mediada informasiya paylaşılarkən onun dəqiqləşdirilməsini vacib hesab edir və bildirir ki, tez-tez yalnış məlumatlar yayan, xəbərləri ifşa olunan sosial media resursları oxucusunu itirməklə yanaşı, cəmiyyətdə saxta xəbər mənbəyi kimi də tanınır. YAP-ın nüfuzunu zədələmək məqsədi ilə yoxlanılmamış, obyektivlikdən və reallıqdan uzaq məlumatların məqsədli şəkildə yayılması siyasi spekulyasiyadır, manipulyasiyadır. "Report"


Geri dön