Ana Sayfa > Karusel / Gündəm / Dünya > ABŞ Rusiyanın 10 diplomatını ərazisindən çıxaracaq

ABŞ Rusiyanın 10 diplomatını ərazisindən çıxaracaq


15-04-2021, 10:36. Yazar: Admin
title
 

ABŞ prezident seçkilərində güman edilən müdaxilələrə və kiberhücumlara görə Rusiyanın 12 vətəndaşına və 20 təşkilatına sanksiya tətbiq edəcək.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” bildirib.

Qeyd edilir ki, Birləşmiş Ştatlar onda olan şübhələrlə əlaqədar Rusiya ilə bağlı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. ABŞ-da hesab edirlər ki, “SolarWinds” şirkətinin proqram təminatının sıradan çıxarılmasının arxasında Rusiya dayanır, bu ölkə həmçinin ABŞ-da prezident seçkilərinə müdaxilə edib.

Məlumata görə, sanksiyalar Rusiyanın 10 vətəndaşına, həmçinin təxminən 20 hüquqi şəxsə aid oluna bilər. Qeyd edilir ki, sanksiyalar artıq cümə axşamı tətbiq edilə bilər.


Geri dön