Ana Sayfa > Karusel / Gündəm > Aprel ayının pensiyaları tam ödənildi

Aprel ayının pensiyaları tam ödənildi


15-04-2021, 10:34. Yazar: Admin

Aprel ayının pensiyaları tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Fonddan Qarabaginfo.az-a verilən məlumata görə, aprelin 8-dən başlayaraq  əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


Geri dön