Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü
Ana Sayfa > Karusel / Gündəm > Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü

Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü


14-04-2021, 14:40. Yazar: Admin

 

Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü

 

Ağsuda yol polisi azyaşlı qızı DYP avtomobili ilə vuraraq öldürüb.

Qarabaginfo.az DİN-ə istinadən xəbər verir ki, hadisə aprelin 13-də saat 18 radələrində qeydə alınıb. Ağsu şəhəri ərazisində Cavid Kərimov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini, 10 yaşlı Nəzrin Məhərrəmlini vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

Report-un məlumatına görə, hadisəni törədən C.Kərimov yol polisi əməkdaşıdır.


Geri dön