Ana Sayfa > Karusel / Gündəm > "Azərbaycan Hadrutun erməni tərəfinə qaytarılmasına razı olmadı" - Paşinyan

"Azərbaycan Hadrutun erməni tərəfinə qaytarılmasına razı olmadı" - Paşinyan


14-04-2021, 12:53. Yazar: Admin
title

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı 44 günlük müharibə müddətində üç dəfə atəşkəs razılaşmalarının əldə edildiyini, lakin yerinə yetirilmədiyini bildirib.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan lideri parlamentdə bügünkü çıxışı zamanı danışıb.

Paşinyan sonda ağır şərtlərlə atəşkəsin imzalanmasına qərar verdiyini söyləyib.

"Təhlükəsizlik Şurasının iclasını çağırdım, iclasda müxalifət də daxil olmaqla parlament fraksiyalarının nümayəndələri iştirak etdi. Prezident Armen Sarkisyan və II Qaregin də orada idi. Elə həmin gün parlamentdənkənar müxalifət nümayəndələrini dəvət etdim və baş verən hadisələr barədə onlara məlumat verdim", - baş nazir qeyd edib.

O, daha sonra Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxladığını və Azərbaycan ərazilərini “5 + 2” formatında geri qaytarmaq şərti ilə atəşkəs istədiyini söyləyib.

“Sonra məlum oldu ki, Azərbaycan Hadrutun erməni tərəfinə qaytarılmasına dair tələbimizi qəbul etmir, həmçinin azərbaycanlı məcburi köçkünlərin geri qaytarılması məsələsinin Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqələndirilməməsini tələb edir.

Daha əvvəl açıqlamadığım bir detal da var. Ərazilərin qaytarılmasının “5 + 2” formatı ilə həyata keçirilməsinə etiraz var idi, 7 rayonun da qaytarılmasına eyham vurulmuşdu. Bundan əlavə, Azərbaycan Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinin gündəliyə daxil edilməsini heç cür qəbul etmədi", - Paşinyan əlavə edib.


Geri dön