Ana Sayfa > Karusel / Gündəm > Paşinyan Ermənistanda Rusiya hərbi bazasının genişləndiriləcəyini bildirib

Paşinyan Ermənistanda Rusiya hərbi bazasının genişləndiriləcəyini bildirib


14-04-2021, 12:22. Yazar: Admin

Paşinyan Ermənistanda Rusiya hərbi bazasının genişləndiriləcəyini bildirib

Rusiya və Ermənistan Ermənistanda 102-ci Rusiya hərbi bazasının imkanlarının genişləndirilməsi məsələsini müzakirə edir.

Qarabaginfo.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, Syünikdə dayaq məntəqəsi yaradıla bilər.

Baş nazir Rusiya ilə hərbi ittifaqın ölkəsinin təhlükəsizliyində vacib əhəmiyyəti barədə də danışıb.

“Ermənistanın xarici təhlükəsizliyinin dayağı erməni-rus hərbi ittifaqı və onu möhkəmləndirən onlarla beynəlxalq hərbi və strateji müqavilələr və müttəfiqlərlə qarşılıqlı öhdəliklərdir”, -  deyə N. Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi baxımından erməni-rus döyüş qruplarının və vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılmasıdır.


Geri dön