Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının əvvəlki iclası 30 martda keçirilib. Ermənistan Baş naziri iclasda çıxışı zamanı Ermənistanın bölgədəki kommunikasiyaların blokdan çıxarılmasında maraqlı olduğunu, bunun uzunmüddətli inkişaf imkanları vəd etdiyini bildirmişdi.