Ana Sayfa > Karusel / Region > Robert Koçaryan koronavirusa yoluxub

Robert Koçaryan koronavirusa yoluxub


13-04-2021, 15:00. Yazar: Admin

 

Robert Koçaryan koronavirusa yoluxub
Robert Köçəryan

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirusa yoluxub.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

R.Koçaryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər.

Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, R.Koçaryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.

R.Koçaryan və vəkili Aram Vardevanyan artıq test veriblər. Onların hər ikisi özlərini təcrid ediblər.


Geri dön