
Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.
Qarabaginfo.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Y. Stoltenberq Rusiyanın Ukrayna ilə sərhədə son günlərdə minlərlə müharibəyə hazır hərbçsini göndərdiyini, vəziyyəti narahatlıqla izlədiklərini vurğulayıb.
O bildirib ki, son günlərdə Ukraynanın şərqində toqquşmalarda bir çox Ukrayna əsgəri həyatını itirib: “Rusiyanın Ukrayna ilə sərhədə hərbçilərini cəmləşdirməsi qanunsuzdur və dərin narahatlıq yaradır. Rusiya Ukrayna ətrafında hərbçilərini cəmləşdirməyə dərhal son qoymalı, təxribatları bitirməli və gərginliyi azaltmalıdır”.
Geri dön
|