Yaxın 30 il ərzində əhalisi ən çox azalacaq ölkələr Şərqi Avropa regionuna aid olacaq.
"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, buna səbəb həmin regionda insanların inkişaf etmiş ölkələrə miqrasiya etməsi, doğum səviyyəsinin aşağı düşməsi və ölüm hallarının çoxalmasıdır.
Ekspertlərin fikrincə, 2050-ci ilə qədər əhalisi ən çox azalacaq ölkələrə liderliyi Bolqarıstan edəcək. Bu ölkənin əhalisi 23% azalaraq hazırkı 7,08 mln. nəfərdən 5,42 mln. nəfərə düşəcək. Latviyanın əhalisinin 22% azalaraq 1,95 mln.-dan 1,52 mln.-a, Moldovanın əhalisinin 19% azalaraq 4,05 mln.dan 3,29 mln.a, Ukraynanın əhalisinin 18% azalaraq 44,22 mln.-dan 36,42 mln.-a, Xorvatiyanın əhalisinin 17% azalaraq 4,19 mln.-dan 3,46 mln.-a, Litvanın əhalisinin 17% azalaraq 2,89 mln.-dan 2,41 mln.-a, Rumıniyanın əhalisinin 17% azalaraq 19,68 mln.-dan 16,4 mln.-a, Serbiyanın əhalisinin 15% azalaraq 8,79 mln.-dan 7,45 mln.-a, Polşanın əhalisinin 15% azalaraq 38,17 mln.-dan 32,39 mln.-a, Macarıstanın əhalisinin isə 15% azalaraq 9,72 mln.-dan 8,28 mln.-a düşəcəyi gözlənilir.
Adıçəkilən ölkələrdə aparılan araşdırmalar göstərib ki, 20 yaşlı gənclər arasında dünyaya uşaq gətirmək istəyi xeyli azalıb.