Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 4 məktəb COVID-19-a görə BAĞLANDI

Azərbaycanda daha 4 məktəb COVID-19-a görə BAĞLANDI


12-04-2021, 14:34. Yazar: Admin

Ağdaşda daha dörd orta məktəb distant təhsilə cəlb olunub.

 

Qarabaginfo.az xəbər verir ki, rayonun Aşağınemətabad, Ortaləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin hər birində 1 müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxib.

 

Bu səsəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib. Məktəb rəhbəliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda adı çəkilən məktəblərdə dərslər distant şəkildə davam etdirilir.


Geri dön