Ana Sayfa > Karusel / Cəmiyyət > Həkimdən peyvənd olunanlara vacib MƏSLƏHƏT: “Çalışıb bunları edin!”
Həkimdən peyvənd olunanlara vacib MƏSLƏHƏT: “Çalışıb bunları edin!”12-04-2021, 10:45. Yazar: Admin |
“Koronavirusa qarşı peyvənddən sonra bir çox insanlarda suallar yaranır. Məsələn, vaksinasiyadan sonra karantin qaydalarına yenə də ciddi surətdə riayət etmək lazımdırmı, peyvənd almamış insanlarla ünsiyyətdə olmaq təhlükəlidirmi, vaksinasiyadan sonra insan bu virusa yoluxa bilərmi və s. Vaksin infeksiyadan 100% qorumasa da, hələlik bütün dünya həkimləri koronavirusa qarşı ən effektiv üsul kimi vaksinasiyanı seçib”.
Qarabaginfo.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Bəylər İmanov “Peyvənd almış insanlar özlərini necə qorumalı, hansı qaydalara riayət etməlidir” sualını cavablandırarkən bildirib.
Həkim qeyd edib ki, peyvənd olunmuş insanlar da virusa yoluxa bilər, lakin xəstəliyi ağırlaşmalar olmadan, fəsadsız keçirirlər:
“Məsələn, peyvənd almış insan bir ay ərzində viruslu xəstə ilə ünsiyyətdə olarsa, yoluxa bilər, ancaq bu zaman o, xəstəliyi daha yüngül keçirəcək. Belə hallarda ölüm halı istisnadır. Koronavirus infeksiyasına qarşı vaksin vurulduqdan sonra mütləq profilaktika tədbirlərinə riayət olunmalıdır. COV:D-19-a yoluxmamaq üçün kütləvi tədbirlərdən uzaq olmaq, gigiyenik qaydalara ciddi riayət etmək, maska və əllərin tez-tez yuyulması rejimini gündəlik həyat tərzi kimi qəbul etmək, sosial məsafə saxlamaq lazımdır. Peyvənd olunduqdan sonra 3 gün ərzində hamam və saunalardan imtina etmək lazımdır. Həmçinin, fiziki yüklərdən azad olmaq məsləhətdir. Alkoqollu içkilərdən uzaq olmaq mütləqdir. Peyvənddən sonra bir qədər istirahət etmək lazımdır”. B.İmanovun sözlərinə görə, vaksinasiyadan sonra qida rasionuna diqqət etmək zəruridir:
“Çalışın orqanizmdə D vitamini səviyyəsinin kifayət qədər olduğunu diqqətdə saxlayasınız. Zülal tərkibli məhsullar qəbul edin. Bu, daha çox ət, balıq və yumurtada olur. Fikir verin ki, qida rasionunuzda bu qidalar və digər vitaminlə zəngin məhsullar olsun. Həmçinin, çalışın soyuqlamayın, çox istidə də olmayın, stressdən uzaq durun və allergiyanız olan məhsulları qəbul etməyin. Hamiləliyin planlaşdırılmasını peyvənd olunduqdan 2-3 ay sonraya saxlamaq məsləhətdir və vaksinasiyadan qabaq hamiləlik planlaşdıran qadınlara bu barədə məlumat verilir”. (Modern.az)
Geri dön |