Ana Sayfa > Karusel / Sosial > Nazir Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirib

Nazir Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirib


26-01-2018, 13:03. Yazar: Admin

 

 

Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə gəlib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirib.

"Qarabaginfo" xəbər verir ki, nazirliyin mətbuat xidmətindən "Report.az"a verilən məlumata görə, yanvarın 26-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib.

Nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.


Geri dön