Ana Sayfa > Karusel / Gündəm > Ailə Məcəlləsində dəyişiklik edildi
Ailə Məcəlləsində dəyişiklik edildi9-04-2021, 15:08. Yazar: Admin |
Prezident İlham Əliyev Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Qarabaginfo.az xəbər verir ki, sözügedən Məcəllənin bir sıra maddələrinə təklif edilən dəyişikliklər qəbul edilib. Məcəllənin 117.6-1-ci maddəsində “qohumu” sözündən sonra “bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları” sözləri, “övladlığa verilməsinə” sözlərindən sonra “onlar uçota alındıqları gündən” sözləri əlavə edilib. Həmçinin bir sıra maddələrdə yaxın qohumlar sözü qohumları sözləri ilə əvəz edilib. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə razılıq adlı maddənin 124.2-ci bəndində “yazılı razılığı lazımdır” sözləri “həmin uşaqlarla bağlı fikri öyrənilir” sözləri ilə əvəz edilib.
Geri dön |