Ana Sayfa > Karusel / Gündəm > Laçın polisi növbəti dəfə Xocavənddə silah-sursat aşkarladı

Laçın polisi növbəti dəfə Xocavənddə silah-sursat aşkarladı


9-04-2021, 11:32. Yazar: Admin

 

Xocavənddə silah-sursat aşkar edilib

 

Laçın polisi Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursatı aşkar edib.

DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonu Üçtəpə adlanan ərazidə növbəti tədbirl keçirilib.

Bu zaman tərk edilmiş hərbi mövqelərdən 5 ədəd pulemyot, 2 ədəd qumbaraatan, 1 ədəd minaatan qurğusu, 1 ədəd tüfəng, 3 ədəd əl qumbarası, 29 ədəd avtomat darağı, 7 ədəd müxtəlif çaplı mərmi, 4500 ədəd güllə və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Geri dön