Ana Sayfa > Karusel / Qarabağ > "Bu yay Xankəndi daxil məsələni bitirməliyik, bizə rusun axmaq avantüralarında iştirak lazım deyil"
"Bu yay Xankəndi daxil məsələni bitirməliyik, bizə rusun axmaq avantüralarında iştirak lazım deyil"9-04-2021, 09:07. Yazar: Admin |
Bizim Rusiyaya qarşı silahımız varmı?
Göründüyü qədəri ilə Rusiya bizi, yəni Azərbaycanı subyekt, tərəf kimi görmək istəmir. Qarabağda da özünü buna görə yekəxana aparır. Xankəndiyə gedən yolda düzülmüş “zinvor”larının görüntüsünün şokundan oyanıb demək.
Olsun da oyansın!
Bizlərin tarix boyu çox zalım, güclü, böyük gücləri yola verə bildiyimizdən daha əvvəl yazmışdım. Əminəm, bunları da yola verə biləcəyik, amma...necə?
Mənim Azərbaycan hakimiyyətinə uzun müddət etimadsızlığım olub, zira mən dövlətçiyəm və dövlət maraqları mənim üçün ilkin şərtdir. Dövlət ərbabının kifayət qədər dövlətçi mövqedən çıxış etmədiyini düşünürdüm, ona görə də etibar etmirdim.
İndi fikrim bir az dəyişib.
Yaxşı, biz bu rusları yola verməliyik, amma necə?
Dostlar, Şuşaya “İsgəndər” raketlərinin atıldığını artıq ANAMA rəsmiləri açıq bildirirlər. “Raket erməninin əlində idi, düşmən olduğu üçün atıb” deyə bilərsiniz. Məntiqli, amma səhv fikirdir, zira dünya ancaq məntiqlə dönsəydi, xalım və quru olardı. Biz isə inanmaq, sevmək, etibar etmək, darıxmaq kimi sentimental şeylər də istəyirik axı.
Şuşaya və məncə Bakıya atılan raketlərin “İsgəndər” olduğuna əminəm. Erməniyə verilən raketlər “İsgəndər-E” modifikasıyası OLMALI idi. Onlar isə 280 km-dən artıq mənzilə çatmırlar. Ermənistandan Şuşaya 280 km-dən daha azdır, amma Bakıya məsafə daha çoxdur.
Məncə, Rusiyanın yekəxanalığını görən hakimiyyət Şuşaya düşən raketlərin ixrac variantı “İsgəndər-E” deyil, Rusiyanın öz silahı,...yəni ermənin ata biləcəyi deyil, rusun öz “İsgəndər-M” raketinin qalıqlarını göstərərək Rusiyaya basqı edir.
Qoy, etsinlər!
Biz vaxtilə “Vur, komandir, vur!” şüarını demirdik mi?
Bax indi də “vur, komandir, vur!” deyirəm.
Hakimiyyət Rusiyanın qabağından çəkilməsin, dik dursun. Bu bizə lazımdır.
Əlimizdə Rusiyaya təsir edəcək nə var ki? Rusla dava-davaya çıxacayıq?
Həqiqi yox, amma əlimizdə “İsgəndər” kartından başqa.....
Azərbaycanda rus agentura şəbəkəsi var. Bu gen “Müsavat Tv”-də Tural Abbaslının dediyi bir fikir diqqətimi çəkdi.
“Rusiya bizim hədəflərimizə əngəl olduqca, hakimiyyət əvvəl əl vura bilmədiyi rusun 5-ci kalonunu toyuq yemi kimi dənləyəcək”.
Əlimizdə Rusiyaya qarşı legitim kart var. Mən də elə düşünürəm.
Biz bu yay fəslində artıq Xankəndi daxil məsələni bitirməliyik. Bizə rusun axmaq avantüralarında iştirak lazım deyil. Böyük oyun oynamaq istəyirsə, getsin öz məhləsində oynasın.
Vasif İsmayıl, Tanınmış cərrah, ictimai xadim
Geri dön |