Ana Sayfa > Karusel / Səhiyyə > Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 700 milyon dozanı ötüb
Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 700 milyon dozanı ötüb8-04-2021, 15:32. Yazar: Admin |
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 153-ə çatıb. Qarabaqinfo.az-nın xəbərinə görə, bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında dərc etdiyi infoqrafikada qeyd olunub. Bildirilib ki, vaksinasiyanın aparıldığı ölkələrdə ümumilikdə 704 milyon dozadan çox vaksin vurulub. Qeyd olunub ki, bu doza dünya əhalisinin 4.6%-nin vaksinasiyası üçün kifayət edir. Məlumata görə, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən gündəlik vaksin olunanların sayı 16.1 milyon nəfərə çatıb. Hazırda vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsraildir. Bu ölkədə artıq 10.1 milyon doza peyvənd vurulub, ölkə əhalisinin 54%-nin vaksinasiyası tam başa çatdırılıb. ABŞ-da 171,4 mln., Çində 143.9 mln., Hindistanda 88.3 mln., Avropa İttifaqında 84.3 mln., Böyük Britaniyada, 37.3 mln., Türkiyədə 17.9 mln., Rusiyada 11.6 mln., doza peyvənd tətbiq edilib.
Geri dön |