Ana Sayfa > Karusel / Gündəm > Füzuli hava limanı üçün nəzərdə tutulan 200 hektara yaxın ərazi yoxlanılaraq təhvil verilib
Füzuli hava limanı üçün nəzərdə tutulan 200 hektara yaxın ərazi yoxlanılaraq təhvil verilib7-04-2021, 16:52. Yazar: Admin |
"Ölkə rəhbərinin göstərişi əsasında işğaldan azad olunmuş rayonlarımızda infrastrukturlar yaradılır". Qarabaginfo.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimov deyib. "Məsələn, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə Füzuli şəhəri yaxınlığında yerləşən hava limanında tikinti işlərinin aparılması məqsədilə ərazinin yoxlanılması həvalə olunub. Bugünkü günə qədər olan məlumata görə, hava limanı üçün nəzərdə tutulan 200 hektara yaxın ərazi yoxlanılaraq təhvil verilib. Ərazidə yoxlama işləri aparılarkən xeyli sayda sursatlar aşkarlanıb. Halbuki o ərazilər təmas xətti deyildi. Təmasdan dərində idi. Bundan başqa, Zəfər yolu inşa olunur. O Zəfər yolu ki, müharibə vaxtı Şuşanın alınması ərəfəsində bizim mühəndis qoşunlarının böyük fədakarlığı, qəhrəmanlığı nəticəsində kolon yolu kimi açılaraq qoşunların irəliləməsini təmin etmişdi", - İdarə rəisi bildirib. Geri dön |