Ana Sayfa > Karusel / Gündəm / Dünya > Akar: “Ukrayna və Rusiya arasında problemlərin dinc şəkildə həllinə tərəfdarıq”
Akar: “Ukrayna və Rusiya arasında problemlərin dinc şəkildə həllinə tərəfdarıq”7-04-2021, 13:15. Yazar: Admin |
“Ukrayna və Rusiya arasında problemlərin dialoq yolu ilə dinc şəkildə həll olunmasına tərəfdarıq”. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O xatırladıb ki, Türkiyə Prezidenti Krımın ilhaqını tanımadıqlarını dəfələrlə bəyan edib: “Daima Krım tatar türklərinin yanındayıq. Qara dənizdə problemlər sahilyanı dövlətlər arasında “Regional Mülkiyyət Prinsipi” çərçivəsində həll edilməlidir. Bu prinsipə əməl olunmalıdır. Hazırda burada mövcud status-kvo çərçivəsində işlərimizi davam etdiririk”, - deyə Türkiyənin müdafiə naziri bildirib. O vurğulayıb ki, Türkiyə böhrana səbəb olmadan Rusiya və digər Qara dəniz ölkələri ilə tarazlığı qorumağa çalışır: “Hər problem yarandıqda müharibə və qaynar bir vəziyyət meydana çıxmamalıdır. Problemlər dialoq və dinc metodlarla həll olunmalıdır”. Ukraynanın Türkiyədən hərbi məsləhətləşmələrlə bağlı müraciətinin olub-olmaması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Ukrayna və Türkiyə arasında müdafiə sənayesində layihələr davam edir. Geri dön |