Ana Sayfa > Karusel / Gündəm / Kriminal > Bakı sakini borclu olduğu iki nəfər tərəfindən döyülüb

Bakı sakini borclu olduğu iki nəfər tərəfindən döyülüb


7-04-2021, 12:41. Yazar: Admin

DÖYÜLMƏK TƏHLÜKƏSİNİ GÖZLƏYİRSİNİZMİ?

Bakıda xuliqanlıq hadisəsi olub.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, aprelin 5-də Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini K.Abdullayev həmin gün saat 23 radələrində qəsəbə ərazisində 80 manat borclu olduğu iki nəfərin onu döydüklərini, cibindən içərisində 80 manat pul və şəxsiyyət vəsiqəsi olan pulqabısını götürdüklərini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əhmədov və N.Rəsulov müəyyən edilərək saxlanılıb.


Geri dön