Ana Sayfa > Karusel / Gündəm / Müsahibə > Xanımını itirən Şahlar Əsgərov: “Bundan sonrakı həyatım necə olacaq, deyə bilmərəm” - MÜSAHİBƏ
Xanımını itirən Şahlar Əsgərov: “Bundan sonrakı həyatım necə olacaq, deyə bilmərəm” - MÜSAHİBƏ7-04-2021, 12:25. Yazar: Admin |
Sabiq deputat, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun ömür-gün yoldaşı Almaz xanım martın 24-də dünyasını dəyişib.
- Şahlar müəllim, kişilər üçün bu yaşda xanımını itirmək çox ağırdır. Şübhəsiz ki, siz bu ağır itki sizə çox təsir edib. Almaz xanımdan sonrakı həyatınızı necə təssüvvür edirsiniz? - Bəli, çox çətindir. Almaz xanımı itirdikdən sonra mən bir daha başa düşdüm ki, kişilərin xanımlarından sonra vəfat etməsi məqsədəuyğundur. Biz onunla həyatımızı bölüşmüşük. Almaz xanımla ər-arvad yox, dost-sirdaş münasibətimiz var idi. Övlad övlad yerindədir, həyat yoldaşı tamam fərqli yerdə… Heç kəsə arzuolunmaz bir dərddir. Bundan sonra həyatım necə olacaq, deyə bilmərəm. Amma onsuz çox çətin olacaq. Oğul ana itirir, qardaş bacı itirir, amma ən ağır itki ömür-gün yoldaşına düşür. Çünki bunu yaşayanlar daha gözəl anlayar, həyatını bölüşdüyün birini itirmək, nə bilim...
- Hər bir insane belə itki müxtəlif cür təsir göstərir. Mənim yadımdadır ki, akademik Rafiq Əliyev də xanımının yoxluğunu və keçirdiyi hissləri yazılarında büruzə verirdi. Amma mən bir az qapalı insan olduğum üçün keçirdiyim ağır duyğuları ifadə edə bilmirəm. Hər bir hissi gizli yaşayıram. Təxminən 5-6 ay olar ki, bir kitab üzərində işləyirəm. Kitab üzərində çalışdıqca, Almaz xanımın dediyi sözlər yadıma düşür. Çox güman ki, bu kitabı Almazın əziz xatirəsinə həsr edəcəm.
O, hər işimdə mənə dəstək idi. Mən elmi fəaliyyətdə olan zaman bir müddət Almaz xanımın yanında olmadım, evin yükü onun öhdəsində qalmışdı. Amma o, çox asanlıqla bu işin öhdəsindən gəlirdi. Akademik Teymur Bünyadovun bir gözəl sözü var idi. Mən də sizin vasitənizlə hamıya deyirəm: Həyat yoldaşınızdan muğayət olun! Geri dön |