Ana Sayfa > Karusel / Gündəm > Türkiyə Qara dənizdə yeni kəşfiyyat quyusunun qazılmasına başlayır
Türkiyə Qara dənizdə yeni kəşfiyyat quyusunun qazılmasına başlayır7-04-2021, 12:08. Yazar: Admin |
Türkiyənin qazma gəmisi "Fatih" Qara dənizdə yerləşən "Amasra-1" qaz yatağı istiqamətinə yollanıb. Bu barədə Qarabaginfo.az-a "DailySabah"a istinadən məlumat verir. Qazma gəmisi hazırda Zonquldak ilində yerləşən Filyos Limanından Sakarya ilində yerləşən "Amasra-1" quyusu istiqamətində yoldadır. Türkiyə Milli Neft şirkətindən bildiriblər ki, "Fatih" təyinat yerinə çatandan sonra kəşfiyyat quyusunun qazılması işlərinə başlayacaq. Qeyd edək ki, ölkənin digər qazma gəmisi olan "Kanuni"nin də yaxın zamanlarda "Fatih"ə qoşulması gözlənilir. Yataqdan ilk qaz nəqlinin 2023-cü ildə başlaması proqnozlaşdırılır və illik qaz hasilatının 5-10 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir. Geri dön |